Səbail icra hakimiyyətinin təzkilatçılığı ilə Puzkin Bakıda yad edildi

img

06-06-2011 [01:04]


Bu gün rus şairi Aleksandr Puşkinin anadan olmasının 212-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Səbail rayon İcra hakimiyyəti, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi və ?Həmrəylik? cəmiyyətinin birgə təşkilatçılığı ilə şairin abidəsi önündə keçirilən mərasimdə şairin həyat və yaradıcılığından bəhs olunub. Tədbirdə çıxış edən Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Azərbaycanın rus ədəbiyyatına, eləcə də Aleksandr Puşkinin yaradıcılığına hörmətlə yanaşdığını deyib. Abidənin 10 il əvvəl yaradıldığını bildirən Doroxin qeyd edib ki, Heydər Əliyev Puşkini Azərbaycan üçün doğma şəxs adlandırıb: ?Hətta Heydər Əliyevin Naxçıvandakı anadan olduğu küçə də Puşkinin adına qoyulub?. Tədbirdə həmçinin Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev də iştirak edib. Məktəblilər Puşkinin yaradıcılığından şeirlər deyib, mahnılar oxuyublar.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA