Mehriban Əliyeva TüRKSAV-ın ?Türk dünyasına xidmət? mükafatına layiq görülüb

img

02-06-2011 [11:27]


Bakıda Türk Dünyası Yazarlar və Sənətçilər Vəqfinin (TÜRKSAV) 15-ci ?Türk dünyasına xidmət? mükafatının təqdimatını keçirib. Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıc, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov, Azərbaycan Yazıçılar Birliyinin üzvləri, türkdilli ölkələrin Bakıdakı səfirləri, deputatlar, yazarlar və digər şəxslər iştirak edib. Çıxış edən TÜRKSAV başqanı Yəhya Akengin mükafatın təsis olunduğun ilk vaxtlarda Türkiyədə, sonrakı illərdə isə digər ölkələrdə təqdim olunduğunu, bu il isə Azərbaycanın seçildiyini bildirib. O, ?Türk dünyasına xidmət? mükafatının vaxtilə Azərbaycan prezidenti Heydər Əliyevə, Qazaxıstan prezidenti Nursultan Nazarbayevə və digər tanınmış simalara verildiyini xatırladıb. Y. Akengin deyib ki, Qəzza İslam dünyasının qanayan yarası olduğu kimi, Qarabağ da İslam dünyasının qanayan yarası olmalıdır. O vurğulayıb ki, Qəzzaya humanitar yardım gəmiləri göndərilərək dünyanın diqqətini bu bölgəyə çəkildiyi kimi, Dağlıq Qarabağla bağlı buna bənzər addım atılmalıdır. Y. Akengin sonuncu ?Eurovision? mahnı yarışmasında Azərbaycanın qələbəsinin bütün türk ölkələrinin, türklərin qələbəsi olduğunu deyib. Daha sonra ?Türk dünyasına xidmət? mükafatına layiq görülən şəxslərin adları açıqlanıb. İlk olaraq Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın ?Türk dünyasına xidmət? mükafatına layiq görüldüyü bildirilib. TÜRKSAV başqanı bildirib ki, M. Əliyeva bu mükafata Ermənistanın işğal etdiyi ərazilərdən qaçqın və köçkün düşmüş insanlar üçün Heydər Əliyev Fondunun həyata keçirdiyi humanitar proqramlar, habelə türk dünyası mədəni irsinin zəngin parçası olan Azərbaycan türklərinin maddi və qeyri-maddi mədəniyyət abidələrinin qorunması və təbliği sahəsində böyük xidmətlərinə görə layiq görülüb Daha sonra ?Türk dünyasına xidmət? mükafatına layiq görülmüş digər mükafatçıların adları açıqlanıb. Bunlar Almaniyadan Yücel Feyzioğlu, Qazaxıstandan professor Dosay Kencetay, Şimali Kiprdən Mustafa Gökçeoğlu, Macarıstandan professor Edit Tasnadi, Türkiyədən Türk Dil Qurumunun rəhbəri Şükrü Haluk Akalın, Ali İhsan Kolcu, Çingiz Alyılmaz, Türkiyə Mühəndislər və Memarlar Birliyi və "Yeni Səs" dərgisidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA