?Sehrli nağıllar aləmi? adlı sərgi açılıb

img

01-06-2011 [05:31]


İyunun 1-də L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunmuş ?Sehrli nağıllar aləmi? adlı sərgi açılıb. Muzeyin kütləvi işlər şöbəsinin müdiri Aygün Abasova bildirib ki, 1950-ci il iyunun 1-də BMT-nin Baş Məclisi tərəfindən təşkil olunmuş Qadınların Beynəlxalq Konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səsləndirilmişdir. Bununla da 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü kimi tarixə düşmüşdür. Digər çıxışçılar da bu günün əhəmiyyətindən, uşaqların cəmiyyətə inteqrasiyası üçün faydasından danışmışlar. Tədbirdə Bakının 8 nömrəli orta məktəbinin şagirdləri, 25, 130 nömrəli bağçalarda tərbiyə alan uşaqlar muzey əməkdaşlarının köməyi ilə xalçalarımız, onların toxunma qaydası, ilmələrin necə vurulması ilə əyani şəkildə tanış olmuşlar. Həmçinin uşaqlar ?İpdartma? oyunu oynamış, ?Qırmızıpapaq? nağılından bir parça göstərmişlər. İstedadlı balacalar muzey tərəfindən hazırlanmış ?Özün rənglə? və kompyuterdə ?Öz xalçanı yarat? intellekt oyununda da iştirak etmişlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA