Cəbrayıllılar da ?Vətəni Tanı?dılar

img

01-06-2011 [11:12]


?Vətəni Tanı? Ümumrespublika Kampaniyası Saatlı və işğal altında olan Cəbrayıl rayon gəncləri arasında öz seçim turlarını həyata keçirib. MİA-nın məlumatına görə, əvvəlcə Saatlı rayonunda olan işçi qrupu burada 150 gənc arasında xəritə və elektron variantda seçim turları keçirib. Bundan sonra Biləsuvar rayonu ərazisində yerləşən Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün tikilmiş qəsəbələrə gələn işçi qrupu burada yaşayan cəbrayıllılar arasında seçim turu keçiriblər. Kampaniyada fəallıq göstərən cəbrayıllı gənclərdən ikisi Respublika turuna vəsiqə qazanıb. Qeyd edək ki, Kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Torpaq Xəritəçəkmə Komitəsi dəstək verir. Həmçinin ?AVA? Skandinaviya klinikası, FİXED Borders kampaniyaya dəstək verir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA