Eldar Qasımov və Nigar Camal ali məktəbə neçə balla qəbul olunub?

img

27-05-2011 [01:55]


?Eurovision-2011? musiqi müsabiqəsində ölkəmizə birincilik qazandıran Eldar Qasımov və Nigar Camalın universitetlərə qəbul zaman topladıqları balları açıqlanıb. Bu barədə mayın 27-də keçirilən mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib. O bildirib ki, Eldar Qasımov Slavyan Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinə 556 balla daxil olub. E.Qasımovun magistraturaya qəbul balı da həddən artıq yüksəkdir. O, magistratura imtahanlarında 99 ballıq nəticə göstərib. Digər təmsilçimiz Nigar Camalın qəbul balı ilə bağlı da məlumat verən TQDK sədri bildirib ki, həmin il Nigarın soyadı fərqli olduğu üçün onun tam nə qədər bal topladığını deməkdə çətinlik çəkir. Ancaq Nigarın Xəzər Universitetinə daxil olduğu il bu ali məktəbə qəbul balı 100 bal olub. Həmin il Xəzər Universitetinə qəbul olan Nigar adlı tələbə isə 130 ballıq nəticə göstərib. TQDK sədri onu da vurğulayıb ki, 130 balla Xəzər Universitetinə daxil olan Nigar adlı tələbənin soyadı fərqli olduğu üçün həmin tələbənin Nigar Camal olduğunu əminliklə söyləyə bilməz: ?Ancaq təxminən deyə bilərəm ki, həmin il Xəzər Universitetinə daxil olan Nigar 130 ballıq nəticə göstərib?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA