ibrahim Tatlısəs bu axzam canlı yayımda xalqa müraciət edəcək

img

17-05-2011 [11:21]


Mart ayında məruz qaldığı silahlı hücum nəticəsində ağır yaralanan və Almaniyada müalicəsi davam edən Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs xalqa müraciət edəcək. Müğənni müraciətini bu axşam 17-ci ?Kral TV video-musiqi mükafatları?nın təqdim etmə mərasimində birbaşa telefon əlaqəsi ilə həyata keçirəcək. Qeyd edək ki, mərasim bu axşam yerli vaxtla saat 21.00-da (Bakı vaxtıyla 23.00) Türkiyənin ?NTV? və ?Kral? tele-kanallarından birbaşa nümayiş olunacaq. Xatırladaq ki, 1994-cü ildən bəri keçirilən ?Kral Tv video-musiqi mükafatları? tədbirində müxtəlif (ən yaxşı ifaçı, ən yaxşı film musiqisi, ən yaxşı serial film musiqisi, ən yaxşı klip rejissoru, ən yaxşı mahnı sözü, ən yaxşı bəstə, ən yaxşı qrup, ən yaxşı qadın müğənni, ən yaxşı kişi müğənni, ən yaxşı albom, ən yaxşı remiks mahnı, ən yaxşı layihə, ən yaxşı mahnı, ən yaxşı aranjımançı və ən yaxşı duet) kateqoriyalar üzrə mükafatlar təqdim olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA