Azərbaycan ?Eurovision-2011?-in qalibi oldu

img

15-05-2011 [05:03]


Almaniyanın Düsseldorf şəhərində keçirilən 56-cı ?Eurovision-2011? mahnı müsabiqəsində səsvermənin nəticələrinə görə, Azərbaycanlı Eldar və Nigar dueti 219 xal toplayaraq mahnı müsabiqəsinin qalibi oldular. Eyni zamanda Azərbaycan təmsilçiləri ?Eurovision?da iştirak tariximizdə ən böyük uğura imza atdılar. Beləliklə gələn il müsabiqəyə ev sahibliyini Azərbaycan edəcək. Azərbaycana səs verən ölkələrin siyahısını sizlərə təqdim edirik: Rusiya - 12 Niderland - 6 Kipr - 8 Ukrayna - 10 Finlandiya - 5 İslandiya - 8 Slovakiya - 7 Avstriya - 8 Polşa - 8 İsveç - 3 San-Marino - 10 Türkiyə - 12 İsveçrə - 1 Yunanıstan - 5 Gürcüstan - 8 Fransa - 6 Xorvatiya - 10 Belarus - 6 Rumıniya - 10 Albaniya - 8 Malta - 12 Portuqaliya - 8 Macarıstan - 7 Litva - 8 Bosniya və Hersoqovina - 8 İsrail - 4 Estoniya - 8 Belçika - 3 Latviya - 3 Azərbaycan isə ən yüksək xalı Ukraynaya verib. Gürcüstan Azərbaycandan 10, Yunanıstan isə 8 xal aldı.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA