"Eurovision"çuların finaldakı çıxız sıra nömrələri məlumdur

img

13-05-2011 [11:17]


Mayın 14-də Düsseldorf ?Esprit Arena?da keçiriləcək final mərhələsində çıxış edəcək 25 ölkənin sıra nömrələri məlumdur. II yarımfinal mərhələsindən dərhal sonra finala vəsiqə qazanan daha 10 ölkənin mətbuat konfransı keçirilib. Konfrans çərçivəsində finala vəsiqə qazanan hər ölkə təmsilçisinə suallar ünvanlanıb və təmsilçilərin finalda çıxış edəcəyi nömrələrin müəyyənləşdirməsi üçün püşkatma keçirilib. Məlum olub ki, mayın 14-də Düsseldorf ?Esprit Arena?da Finlandiya 1, Bosniya və Hersovoqina 2, Danimarka 3, Litva 4, Macarıstan 5, İrlandiya 6, İsveç 7, Estoniya 8, Yunanıstan 9, Rusiya 10, Fransa 11, İtaliya 12, İsveçrə 13, Böyük Britaniya 14, Moldova 15, Almaniya 16, Rumıniya 17, Avstriya 18, Azərbaycan 19, Sloveniya 20, İslandiya 21, İspaniya 22, Ukrayna 23, Serbiya 24 və Gürcüstan 25-ci çıxış edəcək. Qeyd edək ki, mayın 10-u və 12-də Düsseldorf ?Esprit Arena?da keçirilən yarımfinallardan 20-si finalda çıxış etmək şansı qazanıb. Ümumilikdə final mərhələsində 25 ölkə təmsilçisi birincilik uğrunda yarışacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA