Vatikanda Azərbaycana aid tarixi sənədlər azkarlanıb

img

12-05-2011 [06:10]


Vatikan Məxfi Arxivlərində Azərbaycan tarixinə aid 85 sənəd aşkar olunub. Bu barədə mayın 11-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında Əlyazmalar İnstitutunun şöbə müdiri Fərid Ələkbərli məlumat verib. Həmin sənədlər arasında Qafqaz Albaniyasına aid italyan, latın, yunan, fransız, ərəb, fars, türk, monqol və s. dillərdə 4 sənəd, orta əsr Azərbaycan hökmdarlarının (İlxani, Səfəvi, Qaramanlı, Əfşar, Qacar və s.) Roma Papaları ilə məxfi yazışmalarını əks etdirən məktublar var. Vatikan Apostolik Kitabxanasında orta əsr Azərbaycan müəlliflərinə məxsus Azərbaycan (türk), fars, ərəb dillərində 60 qədim əlyazma da aşkar edilib. Vatikan Məxfi Arxivlərində sənəd və kitablar 85 km uzunluğu olan rəflərdə və 330 fondda cəmləşib. Həmin sənədlərin əksəriyyəti 800 illik bir dövrü əhatə edir (1198 ildən indiyədək), amma bəzi sənədlər X və XI əsrlərə və daha qədim dövrlərə aiddir. Arxivdə Papanın dəftərxanasına aid VIII əsr kitab və sənədlər saxlanır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA