Əbülfəs Qarayev mədəniyyət xadimlərini təltif etdi

img

11-05-2011 [03:45]


Mayın 11-də Muzey Mərkəzində mədəniyyət və incəsənət xadimlərinə prezident İlham Əliyevin sərəncamı ilə layiq görüldükləri fəxri adlar və ordenlərin təqdimat mərasimi keçirilib. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək mədəniyyət sahəsində görülən işlərdən danışıb. Nazir mədəniyyət sahəsinin inkişafının cəmiyyət tərəfindən yüksək qiymətləndirildiyini deyib. Ə. Qarayev təkcə may ayında keçirilən tədbirləri də sadalayıb: ?Hazırda ABŞ-ın bir neçə şəhərində Azərbaycan mədəniyyəti günləri keçirilir. Küveytdə mədəniyyət günləri baş tutub. Rusiyada keçirilən tədbirdə filarmoniya demək olar tam heyətlə təmsil olunur. Çində Azərbaycan mədəniyyəti günləri keçiriləcək. Hazırda Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə 1000 nəfər müxtəlif ölkələrdə Azərbaycan mədəniyyətini təbliğ edir?. Daha sonra nazir mükafatları təqdim edib. Qeyd edək ki, Rübabə Ənnağıyeva, Mahir Qəhrəmanov və Fərrux Məsimov ?Tərəqqi? medalına, Toğrul Nərimanbəyov, Xəyyam Mirzəzadə və Eldar Quliyev ?Şərəf? ordeninə, Zülqədər Cəfərov, Tahirə Əliyeva, Gülnarə İbrahimova və Olqa Qaroçkina ?Dövlət qulluğunda fərqlənməyə görə? medalına, Tofiq Bakıxanov Fəxri diploma, Aleksandr Fyodorov və Sevda Məlikova əməkdar mədəniyyət işçisi, Aleksandra Nikuşina xalq artisti adına, 5 şəxs isə əməkdar artist adına layiq görülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA