Xəyyam Nisanov hansı mahnıya klip çəkiləcəyini bilmir

img

02-05-2011 [03:15]


?Yeni işlərim çoxdur. İnanıram ki, Vaqif Gərayzadə ilə hazırlayacağımız mahnı məni sevənlərin ürəyicə olar?. Bu barədə Müstəqil İnformasiya Agentliyinə gənc müğənni Xəyyam Nisanov məlumat verib. Xəyyamın sözlərinə görə, onun yeni işlərindən biri də rus-dilində albomun işıq üzü görməsidir: ?6 mahnıdan ibarət olan bu albom, Rusiyanın bütün şəhərlərində satışa buraxılıb. Vaqif Gərayzadəyə məxsus olan mahnı üzərində isə qızğın işlər gedir?. Xəyyam yay ərafəsində sevənlərinə yeni klip bəxş edəcəyini bildirib: ?Amma hansı mahnıya klip çəkiləcəyimi isə bilmirəm. Klipin rejissoruna gəldikdə isə son zamanlar mən Ulviyyə xanımla çalışıram. Yəqin ki, bu klipi də Ulviyyə xanıma həvalə edəcəyəm. Konsert barəsində fikirləşirəm. Konsertin yay aylarında olmasını planlaşdırıram. Bu avqust ayına təsadüf edəcək və konsert Bakıda olacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA