Əbülfəs Qarayev gürcüstanlı nazirlə görüzüb

img

26-04-2011 [12:19]


Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə Gürcüstanın İqtisadiyyat və davamlı inkişaf naziri Vera Kobaliya arasında görüş keçirilib. Görüş zamanı iki ölkə arasında turizm sahəsində əməkdaşlığın vəziyyəti və perspektivləri, habelə bəzi konkret tədbir və layihələr müzakirə edilib. Nazir Ə.Qarayev qeyd edib ki, Azərbaycanda turizm sənayesi prioritet sahələrdən biridir və ölkə başçısı tərəfindən 2011-ci il Azərbaycanda ?Turizm ili? elan olunub. Bununla yanaşı, Ə.Qarayev Azərbaycan Turizm İnstitutunun fəaliyyəti haqqında məlumat verərək, qeyd olunan təhsil müəssisəsində gürcüstanlı tələbələrinin təhsil almasını təklif edib. Xanım V.Kobaliya iki ölkə arasında turizm sahəsində əməkdaşlığın gələcəkdə də genişlənəcəyinə əmin olduğunu deyib. O, cari ilin ikinci yarısında Azərbaycan və Gürcüstanın turizm şirkətlərinin nümayəndələrin iştirakı ilə Gürcüstanda birgə seminarın təşkil olunmasını təklif edib. Bununla yanaşı, görüş zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi, ümumi turistik məhsulun yaradılması və digər məsələlər müzakirə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA