Avtomobil dayanacağında güclü yanğın olub

img

21-04-2011 [04:12]


Bakının Yasamal rayonunda avtomobil dayanacağında güclü yanğın olub. Fövqəladə Hallar Nazirliyinin saytında verilən məlumata görə, yanğın "Mercedes" markalı mikroavtobusda meydana gəlib. Yanğın zamanı mikroavtobusun yanar hissələri yanıb. Yüksək temperaturdan yaxınlıqda dayanmış "Otoyol" markalı avtobusun 2 ədəd şüşəsi partlayıb. Hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər yaxınlıqdakı avtomobilləri yanğından mühafizə ediblər. Yanğın saat 03:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:43 03.04.2026

Qurban Qurbanov küsüb?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA