Naxçıvanda xor kollektivlərinin zona müsabiqəsi bazlayıb

img

21-04-2011 [02:07]


Bu il Bakı şəhərində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə uşaq xor kollektivlərinin VII ümumrespublika müsabiqəsi keçiriləcək. Bunun üçün artıq zona müsabiqələrinə start verilib. AzərTAc xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının xor kollektivləri də bu mötəbər yarışa vəsiqə qazanmaq üçün istedad və bacarıqlarını göstərirlər. Zona müsabiqəsində Naxçıvan şəhər 1-4 nömrəli uşaq musiqi, Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq məktəblərinin, digər təhsil ocaqlarının xor kollektivləri iştirak edirlər. Onlar Azərbaycan, rus və Avropa bəstəkarlarının xor üçün yazdıqları əsərləri səsləndirirlər. Zona müsabiqəsi aprel ayının 23-dək davam edəcəkdir. Qalib xor kollektivi may ayında Bakıda keçiriləcək ümumrespublika müsabiqəsinə vəsiqə qazanacaqlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA