ibrahim Tatlısəs gəzməyə bazlayıb

img

20-04-2011 [11:17]


Məruz qaldığı silahlı hücum nəticəsində ağır yaralanaraq xəstəxanaya çatdırılan və müalicəsi Almaniyada davam edən məşhur müğənni İbrahim Tatlısəs artıq gəzməyə başlayıb. Hücum vaxtı müğənninin avtomobilində olan və bədəninə 2 güllə dəyərək yaralanan köməkçisi Damla Buket Çakıcı müğənninin səhhətində müsbətə doğru irəliləyiş olduğunu deyib: ?Şükürlər olsun ki, İbrahim bəyin səhhəti yaxşılaşır. Beyni və bədəni fizioterapiyaya cavab verir. Artıq addım atmağa başlayıb və yavaş-yavaş gəzir. Hələlik heç bir problem yoxdur. Nə vaxt qayıdacağı isə məlum deyil?. Atasının sağalması üçün 40 qurban deyən Əhməd Tatlı isə müğənninin səhhətinin düzəlməsi ilə nəzirini yerinə yetirib və qurban kəsdirərək kasıblara paylayıb. Xatırladaq ki, Türkiyənin məşhur müğənnisi İbrahim Tatlıses martın 14-də gecə televiziya proqramından çıxarkən silahlı hücuma məruz qalaraq ağır yaralanmışdı . Uzun müddət Türkiyədə müalicə olunan müğənni daha sonra fizioterapiya üçün Almaniyaya aparılmışdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA