?Bakının Birincisi? məlum oldu

img

18-04-2011 [05:53]


Bu gün Bakıda keçirilən ?Bakının Birİncisi? adlı II İntellektual Gənclər Festivalı çərçivəsində ?Nə? Harada? Nə zaman?? İntellektual yarışması yekunlaşıb. Bir neçə saat gərgin keçən yarışmada iştirak edən 30 komandadan 3-ü qalib adını qazanıb. Üç turda keçirilən yarışmanın nəticələrinə görə ?EVEREST komandası qalib adını qazanıb. Müvafiq olaraq II yerə ?Plus Ultra?, III yerə isə ?EKVELİBRİUM? komandası layiq görülüb. I yerə çıxan komanda xüsusi kubokla təltif edilib. Digər qaliblərə diplomlar və xatirə hədiyyələri verilib. 30 komandada birləşən 180 nəfərin iştirakı ilə keçirilən yarışda tələbələr, bilicilər klublarının nümayəndələri iştirak ediblər. Qeyd edək ki, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) son 2 il ərzində ?Nə? Harada? Nə zaman?? oyunu üzrə artıq 3-cü layihəsini həyata keçirir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA