Samir Bağırov ciddi kizi olmaq istəyir

img

12-04-2011 [06:47]


[b] Aygün Kazımovadan incidiyini deyən müğənninin sözlərinə görə, duetlərinin reallaşmasını ləngidən həmkarı kiminsə təsiri altına düşüb [/b] İki ilə yaxın Moskvada fəaliyyət göstərəndən sonra vətəninə dönən müğənni Samir Bağırovun səhnəyə qayıdışı fəal şəkildə hiss olunmur. Buna görə də onun bu yaxınlarda keçirilən tədbirlərdən birində görünməsi çoxlarını təəccübləndirdi. Qaralıb arıqlayan sənətçi bizə arıqlamağa hələ ki, davam edəcəyini açıqladı: "Çünki ayın axırında yeni fotosessiyam olacaq. Orada məni yeni imicdə, tamam başqa bir Samir Bağırov görəcəksiniz. Yeri gəlmişkən, artıq yeni stilistlə - Anar Atakişiyevlə işləyirəm. Ona görə də qarşınıza yeni Samir çıxacaq. Ciddi kişi obrazı yaradacam. Dəqiq desəm, klassik imicdə olacağam. Xanım pərəstişkarlarım bu imicdə məni çoxdan gözləyirdilər. Köhnə Samir artıq geridə qaldı. Daha yubanmalar, gecikmələr, gözlətmələr olmayacaq. Çalışacağam ki, bundan sonra məni axtarıb tapmaq, əlaqə yaratmaq əvvəlki kimi çətin olmasın. İndi gənc rejissor Zöhrab Ağayevlə işləyirəm. Onunla yeni klipimi çəkirik". Müğənninin sözlərinə görə, elə ulduzlar var ki, səhnədən uzaqlaşandan sonra geri dönmələri çətin olur. Efir, publika onları qəbul etmir: "Amma mən ortalıqda uzun müddət görünməyəndə də mənə tələbat var - telefonlarım susmur, hamı məni axtarır. Deməzdim ki, bəzi müğənnilər kimi hər gün efirdə olacağam. Ümumiyyətlə, mən efirə tez-tez, səbəbli-səbəbsiz çıxmağı xoşlamıram. Hər tədbirə getməyi də sevmirəm. Amma yaradıcılıq işlərimi davamlı şəkildə təqdim edəcəyəm. Artıq depressiya da geridə qalıb. Bu, mənə baxanda da hiss olunur. Daha depressiyaya düşməyə vaxtım yoxdur. Qarşıda çox planlarım, layihələrim var. Pərəstişkarlarımı yeni mahnılarımla sevindirəcəyəm". S.Bağırov xalq artisti Aygün Kazımova ilə duetlərinin ləngiməsinə də aydınlıq gətirdi: "Duetimiz barədə xəbəri jurnalistlərə Aygün özü vermişdi. Biz mahnını seçdik. Amma Aygün mənə bəlli olmayan səbəblərdən yoxa çıxdı. Sözün düzü, ondan incimişəm. Buna görə də bu mövzuda danışmaq istəmirəm. Bircə onu deyə bilərəm ki, günah məndə deyil. Həmişəki kimi Aygün özgəsinin təsiri altına düşüb". [b]Elşad ÜMİD[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA