Samir Bağırov: "Ciddi kizi kostyumunda, saqqallı, təmamilə bazqa bir Samiri görəcəksiz"

img

11-04-2011 [06:34]


"Samir Əliyev mənim prodüserim olmayıb, Zöhrab Ağayev də prodüserim deyil!". Müğənni Samir Bağırov ANS PRESS-ə açıqlamasında belə deyib. Yaxın dostu stilist Samir Əliyevdən ayrıldıqdan sonra klipmeyker Zöhrab Ağayevlə işbirliyi qurduğu barədə gəzən söz-söhbətlərə müğənni belə aydınlıq gətirdi: "Nə Samir, nə də Zöhrab mənə prodüserlik etməyib. Onlar sadəcə mənə kömək edən insanlardır. Zöhrab Ağayevlə işbirliyimizə gəldikdə isə biz onunla Rəhim Rəhimlinin mənim üçün yazdığı "Son yarpaq" mahnısına klip çəkdirməyə hazırlaşırıq. Klipin çəkilişlərinə ayın sonunda başlayacağıq. Zöhrab Ağayevin mənim prodüserim olub-olmayacağına isə klipi çəkdirib başa çatdırdıqdan sonra bəlli olacaq". Klipdə ciddi bir obrazda görünəcəyini bildirən müğənni yeni imicdə fotosessiya da etdirəcəyini bildirir: "Tamaşaçılar indiyədək görmədikləri Samir Bağırovla rastlaşacaq. Ciddi kişi kostyumunda, saqqallı, təmamilə başqa bir Samiri görəcəksiz. Bu imici məndə stilist Anar Atakişiyev yaradacaq".

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA