Tikinti materialları bahalazdı

img

11-04-2011 [02:29]


?Əmlak Bazarı İştirakçıları? İB-nin monitorinq qrupu tərəfindən mart ayı ərzində aparılan monitorinq zamanı ümumilikdə tikinti materialları bazarında mövsümlə əlaqədar olaraq nisbi canlanma müşahidə edilib. Birlikdən verilən məlumata görə, mart ayı ərzində tikintinin əsas çəkisini təşkil edən 38 adda 88 növdə tikinti materialın qiymət araşdırılması aparılıb. Ay ərzində taxta məhsullarında təklifin artması, qıtlığın yaranması sayəsində qiymətlərin yüksəlməsi ilə müşahidə edilib. Mart ayında yerli məhsulların qiymətlərində stabillik müşahidə edilsə də, idxal məhsulları arasında şiferin və dəmir təbəqənin qiymətlərinin kəskin artdığı qeydə alınıb. Ümumilikdə araşdırılan 38 adda (88 növ) məhsuldan 10-da ? çınqıl, taxta, DSP, künyə, dəmir təbəqə, şifer, dam örtüyü, plastik boru, şüşə pambıqda, artım baş verib. Qiymətində azalma müşahidə edilən tikinti materialları isə mişar daşı, şveller, katinka və şüşə olub. Digər tikinti materialları üzrə qiymətlər sabit qalıb. Mart ayında baş verən qiymət dəyişməsi əvvəlki ayla müqayisədə 1,44% artım təşkil edib. Getdikcə qiymət artımı tendensiyası müşahidə edilən eyni məhsullar üzrə orta qiymət göstəricisi ilin əvvəli ilə müqayisədə 13,9%, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 17,6% artım təşkil edib. Mart ayında aparılan aradırmalar yerli istehsal mallarının ümumi qiymət portfelindəki bazar payının idxal mallarını 1,17 dəfə üstələdiyini deməyə əsas verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR