Aygün Kazımovanın qızının videorolikini yayan zəxslərdən biri üzr istədi

img

05-04-2011 [01:29]


Xalq artisti Aygün Kazımovanın qızı İlqarə İbrahimovanın sosial şəbəkələrdə qalmaqallı görüntülərindəki qarşı tərəf, hazırda Türkiyədə müalicə alan Orxan Nəsirov ANS TV vasitəsilə Azərbaycan xalqından üzr istəyib. ?Bu əlbəttə ki, yaxşı olmadı. Gərək olmayaydı. Biz neçə il bir yerdə oxumuşuq, gəzmişik. Bu videonun yayıldığına görə, belə bir formaya gəlib çatdığına görə və buna baxan Azərbaycan xalqından üzr istəyirik?,-deyə O.Nəsirov bildirib. Görüntülərin yayılması ilə bağlı keçirdiyi əsəb gərginliyinə dözməyən xalq artistinin qızı İlqarə isə Vətənini tərk edərək Moskvaya gedib. O, bu addımını Azərbaycanda yaşaya bilməməsi ilə əlaqələndirib. Aygün Kazımova qızı İlqarə ilə bağlı internetdə yayılan qeyri-etik səhnələrllə zəngin videogörüntü ilə bağlı dünən mətbuat konfransı keçirib. Modern.az saytı xəbər verir ki, A.Kazımova mövzu ilə bağlı sonuncu dəfə mətbuat konfransı keçirdiyini bildirib. Xalq artisti yayılmış videogörüntülərlə bağlı qalmaqala son qoymaq üçün qarşı tərəfin ictimaiyyət önündə üzr istəməsini tələb edib. ?Onlar üzr istəməyənə qədər bu işin arxasındayam. Mən peşiman deyiləm ki, İlqarə kimi övlad böyütmüşəm?-deyə A.Kazımova vurğulayıb. Müğənni bu işdə Orxan Nəsirov, Nicat Novruzzadə və Eyyubun əli olduğunu bildirib. ?Əgər onlar üzr istəməsələr, mən onların başı üstundə qara bulud olacağam?-deyə xalq artisti vurğulayıb. O, bildirib ki, bu oğlanlar kişi kimi hər şeyi xalq qarşısında danışmalıdılar. Xatırladaq ki, iki həftə öncə internet saytlarında Aygün Kazımovanın qızı İlqarə və bir qrup gənc oğlanın görüntüsünün olduğu videorolik yayılıb. Hadisə 2009-cu ilin yanvar ayında Londonda olub. O zaman İlqarə və sinif yoldaşları Oksford məktəbinə tətilə gediblərmiş. Videolenti çəkən şəxs Orxan Nəsirov, İlqarə ilə qeyri-etik davranaraq görüntülərə düşən isə Nicat Novruzzadədir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA