Müğənnimiz erməni ifaçı ilə bir səhnədə muğam oxuyub

img

04-04-2011 [11:40]


Tanınmış müğənni Tacir Şahmalıoğlunun ?YouTube? videoportalında şok videosu yayılıb. Videoda əslən qarabağlı olan müğənni erməni ifaçı ilə eyni səhnəni bölüşərək, muğam oxuyur. ?MrHaymuz? adlı erməni istifadəçi tərəfindən videoportala yerləşdirilən videoçarxda erməni müğənninin adı Vle Kolayan, məclisin baş tutduğu ünvan isə ?Ocaq? restoranı kimi göstərilib. ANS PRESS olaraq müğənni Tacir Şahmalıoğlu ilə ilə əlaqə saxlayaraq mövzu ilə bağlı onun fikirlərini öyrənməyə cəhd etdik. Ancaq müğənninin telefonu qapalı olduğundan onun münasibətini öyrənmək cəhdlərimiz baş tutmadı. Qeyd edək ki, uşaq yaşlarında ?Qarabağ bülbülləri? qrupunun tərkibində unudulmaz şəkildə ?Bayatı Şiraz? muğamını ifa edən müğənninin belə addım atması xüsusilə ağrıdıcı faktdır. Axı bu müğənninin ifası demək olar ki, bütün telekanallarda Qarabağın ermənilər tərəfindən işğalı ilə bağlı hazırlanan reportajları bəzəyir. Müğənninin ifa etdiyi ?Bayatı Şiraz? hətta dahi bəstəkarımız Üzeyir Hacıbəyovun həyatına həsr edilmiş ?Üzeyir ömrü? bədii filmində də yer alıb. Bildiyimizə görə, Tacirin özü Azərbaycanın hazırda işağl altında olan Ağdam rayonunda anadan olub. Belə bir müğənninin bu addımı atması çox böyük təəssüf hissi doğurur. Mövzuya qayıdacağıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA