Türkiyə, Moldova, Maltanın ?Eurovision-2011? təmsilçiləri Bakıya gəlir

img

29-03-2011 [05:43]


Türkiyə, Moldova və Maltanın ?Eurovision-2011? Mahnı Müsabiqəsindəki təmsilçilər promo tur çərçivəsində Azərbaycana gələcəklər. İctimai Televiziyanın rəsmi saytının yaydığı məlumata görə, ilk olaraq Bakıya Türkiyə təmsilçisi - ?Yüksek Sadakat? qrupu aprelin 4-də Bakıya səfər edəcək. Bundan başqa, Almaniyanın Düsseldorf şəhərində keçiriləcək ?Eurovision-2011? Mahnı Müsabiqəsində Moldova adından çıxış edəcək ?Zdob şi Zdub? qrupu aprelin 6-da Bakıda olacaq. Malta təmsilçisi Glen Vella isə promo tur çərçivəsində aprelin 10-dan sonra Azərbaycana gələcək. "Eurovision" yarışmasının iştirakçıları Bakıda olduqları müddətdə İctimai Televiziya proqramlarında iştirak edəcəklər. Qeyd edək ki, Türkiyə ?Eurovision-2011? Mahnı Müsabiqəsinin mayın 10-da keçiriləcək birinci yarımfinal mərhələsində çıxış edəcək. ?Yüksek Sadakat? qrupu müsabiqədə ?Live it Up? mahnısı ilə təmsil olunur. Birinci yarımfinalda iştirak edən Malta nümayəndəsi Glen Vella ?One Life?, mayın 12-də keçiriləcək ikinci yarımfinal mərhələsində çıxış edəcək Moldova təmsilçisi ?Zdop Şi Zdub? qrupu isə yarışmada ?So lucky? mahnısını ifa edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA