Yazar Nuri Vətənə qayıtdı

img

28-03-2011 [01:49]


Türkiyənin Memorial xəstəxanasında uzun müddətdir müalicə edilən Azərbaycanın Xalq artisti Yaşar Nuri Vətənə qayıdıb. Müayinə üçün qardaş ölkəyə gedən Yaşar Nuri bu dəfə nəticələrdən razıdır. Aktyor müalicəsini Bakıda davam etdirəcək. Buna görə də yolunun bir də Türkiyə xəstəxanalarından düşməyəcəyinə ümid edir. Xatırladaq ki, xalq artisti Yaşar Nuri ötən ilin noyabrın 9-da İstanbul şəhərindəki Memorial xəstəxanasına yerləşdirilmişdi. Aktyorun səhhəti isə noyabrın 6-da axşam saatlarında pisləşib. O, yüksək təzyiqlə Bakının özəl tibb müəssisələrindən birinə, səhəri gün isə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Xalq artistinə hipertonik-krizis diaqnozu qoyulub. Aktyor iki il öncə Türkiyənin Memorial xəstəxanasında qara-ciyər transplantasiya əməliyyatı keçirib. Uğurlu əməliyyatdan sonra o, normal həyatına qayıdıb və yaradıcılığını davam etdirib. Aktyor mart ayının 10-da Akademik Milli Dram Teatrının açılışında iştirak etmək üçün Azərbaycana gəlib, bir neçə gün Bakıda qaldıqdan sonra isə müayinə üçün Türkiyəyə qayıtmışdı. ANSTV

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA