Ozan Araz Elsəsin konsertinə icazə verilməyib

img

24-03-2011 [06:39]


Tanınmış Azərbaycan ozanı, əslən Güney Azərbaycandan olan Araz Elsəsin bu günə təyin olunan konserti heç bir səbəb göstərilmədən ləğv edilib. Konsertin keçiriləcəyi yerin sahibinin heç bir səbəb göstərmədən bu tədbirə icazə verilməməsini bəhanə etməklə, təşkilatçılara sonuncu gün rədd cavabı verməsi onu göstərir ki, konsertin baş tutmaması üçün ciddi müdaxilə olub. Məsələyə etirazını bildirən MQP Böyük Məclisinin başqanı Asif Ozan bu hadisəni Araz Elsəsə, onun sənətini sevənlərə və bütün azadlıqsevər insanlara qarşı təxribat olduğunu bildirib. Asif Ozan bu təxribatda İran adlanan fars molla rejimi tərəfindən yönəldilən imperiyanın əli olması qənaətində olduğunu bildirib. MQP funksioneri Azərbaycan hakimiyyətinin bəzi dairələrinin qonşu dövlətin təzyiqi nəticəsində belə bir addım atmasını pisləyib və bunun dövlətçilik prinsiplərinə uyğun gəlmədiyini vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA