ibrahim Tatlısəs ayıldı və danızdı

img

16-03-2011 [12:26]


İki gün öncə silahlı hücuma məruz qalan məşhur türk müğənnisi İbrahim Tatlısəsin həkimləri ciddi rejimli müalicənin üçüncü günündə şad xəbər veriblər. Həkimlər Tatlısəsin sol nahiyəsinin aparatlardan ayrıldığını, sol qol və ayağını tərpətdiyini deyiblər. Digər sevindirici xəbər isə ?İmperator?un danışa bilməsidir: ?Sağ və sol qolunu tərpədir. Əlimizi sıxır və danışa bilir. ?Necəsən?? deyəndə sualımıza cavab verdi. Həyati təhlükəsi isə 10 faizə endi?, -deyə həkimlər bildirib. Qəzetin yazdığı xəbərə görə, Tatlısəsə güllə atmaqda şübhəli bilinən iki nəfərin də kimliyi müəyyənləşib. Hazırda Türkiyə polisi həmin şəxslərin tutulması üçün geniş miqyaslı əməliyyata başlayıb. Prokurorluq isə hadisə zamanı bütün delefon danışıqlarının mətninin çıxarılması üçün məhkəmədən qərar alıb. Xatırladaq ki, İbrahim Tatlısəs iki gün əvvəl İstanbulun Şişli rayonunda ?Beyaz TV?nin binasında çəkilişdən çıxarkən naməlum şəxslər tərəfindən silahlı hücuma məruz qalıb və baş nahiyəsindən yaralanmışdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA