Məzhur müğənni ibrahim Tatlısəsi güllələdilər

img

14-03-2011 [12:26]


Bu gecə Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs güllələnib. Məlumata görə, İbrahim Tatlısesə Şişlidə bir avtomobildən atəş açılıb və o, başından ağır yaralanıb. Olay zamanı Tatlısəsin köməkçisi İpək Çakıcı da yaralanıb. Müğənni Levent Xəstəxanasına yerləşdirilib, daha sonra Maslak Acıbadem Xəstəxanasına aparılıb. Öncə 45 dəqiqəlik cərrahi əməliyyat, daha sonra 3 saat sürən ikinci cərrahi əməliyyat olunub. İbrahim Tatlısəs və köməkçisinin durumunun ağır olduğu bildirilir. Polis cinayətkarları axtarır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA