Sevda Yahyayeva da Yeni Azərbaycan Partiyasının üzvü oldu

img

07-03-2011 [04:00]


Müğənni Sevda Yahyayeva Yeni Azərbaycan Partiyasının üzvü olub. Bu barədə Lent.az-a müğənninin prodüseri Pərviz Əsgərov məlumat verib. Onun sözlərinə görə, martın 7-də YAP Nərimanov rayon təşkilatında 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə yığıncaq keçirilib. Tədbirdə Azərbaycanın gənc və sevilən müğənniləri ilə yanaşı, Sevda Yahyayeva da iştirak edib. Yığıncaqda gənc müğənniyə YAP-ın üzvlük vəsiqəsi təqdim olunub. Qeyd edək ki, daha öncə müğənnilər Səfurə Əlizadə və Aysel Teymurzadə də YAP-a üzv olublar.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA