Meriya Müsavatın mitinq məktubunu qəbul etmədi

img

07-03-2011 [03:52]


Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının yürüş-mitinq keçirməklə bağlı məktubunu qəbul etməyib. Bu barədə MİA-ya Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib. A.Hacılı bildirib ki, bu gün BŞİH-nə martın 12-də ?Təbriz? kinoteatrının qarşısında 5 min nəfərlik aksiya keçirmək niyyətində olması ilə bağlı məktubu partiyanın nümayəndəsi ilə göndəriblər: ?Amma icra hakimiyyətində nümayəndəmizə bildiriblər ki, orada səlahiyyətli şəxslər olmadığına görə, məktubu qəbul edə bilməzlər. Mən bununla bağlı icra hakimiyyətinin şöbə müdiri Zaur Ramazanovla telefon vasitəsiylə danışdım. O da bildirdi ki, iş vaxtı icra hakimiyyətində səlahiyyətli şəxslərin olmaması mümkün deyil. Bu da onu göstərir ki, meriya qanunsuz olaraq məktubumuzu qəbul etmək istəmir. Amma biz mətbuat vasitəsi ilə həm Azərbaycan hakimiyyətinə, həm meriyaya, həm də beynəlxalq təşkilatların nəzərinə çatdırırıq ki, martın 12-də aksiya keçirəcəyik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA