Milli Məclisin deputatı Sədaqət Vəliyeva danızdı

img

07-03-2011 [01:29]


"Azərbaycan qadınları siyasi cəhətdən də fəaldır. Onlar daha çox Yeni Azərbaycan Partiyasının sıralarında cəmləşiblər. Partiyamızın sıralarında təmsil olunan şəxslərin təxminən 40 faizi qadınlardan ibarətdir. Bu onların siyasi fəallığının göstəricisi olmaqla yanaşı Ulu öndər Heydər Əliyevin qurucusu olduğu partiyaya olan böyük inam və etimadın nümunəsidir". Bu fikirləri YAP-ın saytına müsahibəsində Milli Məclisin deputatı, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva səsləndirib. Xanım deputatın sözlərinə görə, qadınlarımız YAP-ın ümumxalq partiyası olaraq daim xalqın maraqlarını ifadə etdiyini aydın şəkildə dərk edirlər: "Təsadüfi deyil ki, cəmiyyətimizdə nüfuzlu, tanınmış ziyalı qadınlar bu partiyanın sıralarında cəmləşiblər. Bütövlükdə isə hesab edirəm ki, qadınlarımızın ictimai-proseslərdə fəallığı daha artır. Son bələdiyyə və parlament seçkilərində onların seçkilərdə iştirakı və qazandığını uğurlar buna bariz sübutdur".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA