Müsavat Partiyası icazəsiz aksiya keçirəcək

img

05-03-2011 [03:54]


Müsavat Partiyası 12 mart mitinqinə hazırlıq işlərinə başlayıb. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı MİA-ya bildirib ki, mitinqlə bağlı martın 7-də Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunacaq. Onun sözlərinə görə, ilkin texniki işlər həll olunub: ?Biz Təbriz kinoteatrının qarşısındakı meydanda, yaxud İnşaatçılar metrostansiyasının yaxınlığındakı Sağlamlıq Mərkəzinin qarşısında kütləvi aksiyanı keçirməklə bağlı müraciət edəcəyik. İnanıram ki, razılıq veriləcək, çünki bu yerlər Bakı Şəhər İcra Hakimiyyətinin rəsmi olaraq aksiyalar üçün nəzardə tutulan məkanlardır və bu yerləri verməmək üçün heç bir əsas yoxdur. Əgər Azərbaycan hakimiyyəti çox ciddi qanun pozuntusu xətti götürərsə, şəhərin mərkəzi meydanlarında aksiyamızı keçirəcəyik. Biz rejimə qarşı mübarizə aparırıq. Ölkədə sərbəst toplaşmaq azadlığının, söz və mətbuat azadlığının təmin olunmasın, korrupsiya və rüşvətxorluğa son qoylmasını istəyirik. Azərbaycan hakimiyyəti faktiki olaraq bu istiqamətdə olan tələblərə maneçilik törədir. Təbii ki, belə olan məqamda siyasi qüvvələr də, Azərbaycan cəmiyyəti də bu zoraıkılığa qarşı hazır olmalıdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA