Əbülfəs Qarayev: "Xalq yaradıcılığının zərrə qədər itirilməməsinə çalızırıq"

img

03-03-2011 [04:04]


Bu gün Muzey Mərkəzində 2011-ci il üçün Şabran şəhərinin ?Azərbaycanın Əfsanələr Paytaxtı?, Lənkəran şəhərinin ?Azərbaycanın Folklor Paytaxtı? və İsmayıllı şəhərinin ?Azərbaycanın Sənətkarlıq Paytaxtı? elan edilməsi ilə bağlı Azərbaycanın Xalq Yaradıcılığı Paytaxtlarının təqdimat mərasimi keçirilib. Məsələ ilə əlaqədar Şabran, Lənkəran və İsmayıllı şəhərlərində il ərzində nominasiyalara uyğun olaraq təntənəli mərasimlərin, respublika və beynəlxalq səviyyəli elmi-praktiki konfrans, dəyirmi masa, konsert, müsabiqə, festival, sərgi, yarmarka, infotur və sair tədbirlərin təşkili nəzərdə tutulub. Təqdimat mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev layihənin 2010-cu ildən həyata keçirildiyini xatırladıb: "Layihə regionlardakı əhali tərəfindən yüksək qarşılandığından, biz bu layihəni 2014-cü ilə qədər davam etdirməyi qərara aldıq. Keçirilən tədbirlərin həcmi də böyüyəcək. Biz xalq yaradıcılığının nəsildən nəslə keçərkən zərrə qədər itirilməməsinə çalışırıq." Qeyd edək ki, dünyanın qabaqcıl ölkələrinin mədəniyyət siyasəti sahəsindəki təcrübələri nəzərə alınmaqla, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanın qeyri-maddi mədəni irsinin (diyarşünaslıq, folklor, sənətkarlıq) qorunması və dəstəklənməsi istiqamətində aparılan islahatlara start verildiyini açıqlayan nazir, sahənin mədəni-siyasi təminat mexanizmlərinin monitorinqi aparıldığını qeyd edib. Keçirilmiş monitorinqin nəticələri əsasında Azərbaycanın qeyri-maddi mədəni irsinin bərpası, qorunması və hərtərəfli inkişafı ilə bağlı ?2011-2020-ci illərdə Azərbaycan qeyri-maddi mədəni irsinin qorunmasına dair Dövlət Proqramı?nın layihəsi hazırlanaraq baxılmaq üçün müvafiq qurumlara təqdim olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA