Milli Məclisin sabahkı iclasının gündəliyi açıqlandı

img

03-03-2011 [12:49]


Milli Məclisin martın 4-də keçiriləcək iclasının gündəliyi açıqlanıb. Milli Məclisin mətbuat xidmətindən bildirilib ki, iclasın gündəliyinə İnsan Hüquqları üzrə Müvəkkilin illik məruzəsi, hökumətlərarası sazişlərin və birgə bəyənnamələrin təsdiq edilməsi salınıb. Eyni zamanda, gündəlikdə "Əməliyyat-axtarış fəaliyyəti haqqında" qanuna, Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, "Yol hərəkəti haqqında", "Gömrük tarifi haqqında", "Yeyinti məhsulları haqqında", "Notariat haqqında", "Dərman vasitələri haqqında" qanunlara əlavə və dəyişikliklərin edilməsi əksini tapıb. "Əlilliyin və uşaqların sağlamlıq imkanlarının məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" qanuna əlavələr edilməsi də Milli Məclisin növbəti iclasının gündəliyinə salınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA