Fazil Mustafa Türkiyədə Beynəlxalq Simpoziumda iztirak edəcək

img

02-03-2011 [03:45]


Böyük Quruluş Partiyasının (BQP) başqanı, millət vəkili Fazil Mustafa mart 11-13-də Türkiyənin Balıkesir şəhərində keçiriləcək Beynəlxalq Mehmet Akif Simpoziumunda iştirak edəcək. BQP mətbuat xidmətindən verilən məlumata görə, Fazil Mustafa tədbirdə ?21-ci yüzilin əvvəlində Mehmet Akif və Azərbaycan aydınları arasında ideya bağları? mövzusunda məruzə ilə çıxış edəcək. Tədbir çərçivəsində onun Türkiyənin tanınmış ictimai-siyasi xadimləri və ayrı-ayrı türk aydınları ilə də görüşləri gözlənilir. Beynəlxalq Mehmet Akif Simpoziumunun ilk tədbiri ötən ilin noyabr ayında Misirin paytaxtı Qahirədə keçirilib. Orada Fazil Mustafanın özü iştirak edə bilməsə də, göndərdiyi ?Mehmet Akifin Azərbaycan ədəbiyyatına təsirləri? mövzusunda məruzəsi yüksək qiymətləndirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA