Bakıda ?Müstəqil Azərbaycanım? adlı müsabiqə-sərgi keçiriləcək

img

02-03-2011 [03:40]


Uşaq incəsənət və rəssamlıq məktəblərinin şagirdləri arasında ?Müstəqil Azərbaycanım? adlı müsabiqə-sərgi keçiriləcək. Müsabiqənin əsasnaməsi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiqlənib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, müsabiqənin məqsədi Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünün qeyd edilməsi, gənc nəslin Vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət rəmzlərinə, milli mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması, istedadlı uşaq, yeniyetmə və gənclərin aşkara çıxarılması, onlara dövlət qayğısının artırılmasından ibarətdir. Rəsm işi və əl işi nominasiyalarından ibarət müsabiqə iki yaş qrupu üzrə keçirilir. İyunda Bakıda keçiriləcək mükafatlandırma mərasimində müsabiqənin qaliblərinə fəxri fərmanlar, qiymətli hədiyyələr və ya pul mükafatı, habelə sərgiyə buraxılmış işlərin müəlliflərinə rəsm və əl işlərini özündə əks etdirən kataloq təqdim ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA