Hakimiyyətlə siyasi partiyaların dialoqu keçiriləcək

img

01-03-2011 [01:39]


Martın 7-8-də ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə siyasi partiyalarla hökumət üzvlərinin birgə müzakirəsi keçiriləcək. Tədbirə mühazirəçi qismində ATƏT-in baş ofisindən ekspertlər dəvət olunub. ATƏT-in Bakı ofisinin saytında yerləşdirilmiş xəbərdə deyilir ki, Prezident Administrasiyası, parlament və 18 siyasi partiyanın nümayəndəsi Azərbaycanda siyasi partiyalar haqqında qanunvericiliyi müzakirə edəcəklər. Tədbirin məqsədi siyasi partiyalar haqqında qanunvericiliyi təkmilləşdirməkdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA