Ombudsman Milli Məclisdə hesabat verəcək

img

28-02-2011 [05:32]


Milli Məclisin növbəti iclası martın 4-də keçiriləcək. Milli Məclisdən verilən məlumata görə, iclasda İnsan haqları izrə müvəkkil Elmira Süleymanovanın hesabatı dinləniləcək. Bundan başqa, parlament bir sıra sazişləri təsdiq edəcək. Millət vəkilləri əməliyyat-axtarış tədbirlərində, yol hərəkəti qaydalarında təklif edilən dəyişiklikləri müzakirə edəcək. Bununla yanaşı, Milli Məclis gömrük tariflərində dəyişikliklərlə bağlı məsələni də müzakirəyə çıxaracaq. Ümumilikdə martın 4-dəki iclasın gündəliyinə 10 məsələ daxildir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA