Qarabağ qaziləri Osman Kazımovun müdafiəsinə qalxdı

img

28-02-2011 [02:05]


Tanınmış vəkil Osman Kazımovun Azərbaycan Vəkillər Kollegiyası üzvlüyündən kənarlaşdırılmasına ?Qarabağ qaziləri? İctimai Birliyi (QQİB) etiraz edir. Bu barədə MİA-ya QQİB-nin sədri Etimad Əsədov məlumat verib. Qarabağ qaziləri Osman Kazımovun Azərbaycan cəmiyyətində, xüsusi ilə hüquq sistemində tanınmış, savadlı və prinsipial vəkil, döyüşçülərin yaxın dostu, ləyaqətli bir insan olduğunu vurğulayırlar. E.Əsədov keçmiş döyüşçülərin O.Kazımovun Vəkillər Kollegiyasının rəhbəri Azər Tağıyevin ədalətsiz qərarı ilə vəkillik fəaliyyətinin məhdudlaşdırılmasından olduqca narahat olduqlarını və bu qərar etiraz etdiklərini deyib: ?Azərbaycan hüquq sistemində çalışan hər kəs, o cümlədən Azərbaycan cəmiyyəti Osman Kazımovu yaxşı tanıyır. Onun ədalətli, cəsarətli, prinsipial bir vəkil, ləyaqətli, vətənini və millətini sevən bir insan olduğunu çox gözəl bilirlər. Biz bilirik ki, onun vəkillik fəaliyyətindən uzaqlaşdırılmasının arxasında Azər Tağıyev kimi başıbəlalı ?hüquqşünasların? və onların havadarlarının şəxsi mənafeyi, karyera istəyi durur. Qarabağ qazilərinin müharibədən sonrakı həyatları, qarşılaşdıqları problemlər, bu problemlərdən dolayı üzləşdikləri qanunsuzluqlar zamanı yanımızda barmaqla sayıla biləcək hüquq insanları gördük ki, Osman Kazımov onlardan biri idi. Daha doğrusu, birincilərdən idi. Müxtəlif məhkəmə çəkişmələrimizdə dövlətin adından bizə verilən vəkillər istintaq orqanlarının diktəsini yerinə yetirəndə Osman Kazımov başda olmaqla bu vəkillər bizi-vətən torpaqlarının müdafiəsi zamanı sağlamlıqlarını itirmiş vətən oğullarının haqlarını heç kəsə vermədilər. Osman Kazımov bir çox hallarda hətta öz şəxsi vəsaiti hesabına bizim hüquqi müdafiəmizi təşkil etdiyinin şahidi olmuşuq. Digər tərəfdən, müstəqil Azərbaycanın hüquq sistemində peşəkar və ləyaqətli insanlara böyük ehtiyac duyulan bir vaxtda Osman Kazımov kimi peşəkar bir insanın vəkillik fəaliyyətinə mane olmaq dövlətimizin hüququ sisteminin inkişafına qarşı olan bir addımdır?. QQİB-nin rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanı İlham Əliyevə müraciət edir: ?Cənab Prezident, Ali Baş Komandan, xahiş edir ki, Azərbaycanın peşəkar vəkili, namuslu və ləyaqətli vətəndaşı Osman Kazımovun pozulmuş hüquqlarının bərpasında ona köməklik göstərəsiniz!?

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA