Sabir zeirlərinin bədii qiraət müsabiqəsi bazlayır

img

28-02-2011 [01:08]


Söz Azadlığını Müdafiqə Fondu və Azərbaycanda Vətəndaş Cəmiyətinin İnkişafına Yardım Assosiasiyası Şamaxıda M.Ə.Sabirin yaradıcılığına həsr olunmuş ?Bədii qiraət? müsabiqəsinə start verib. MİA-nın məlumatına görə, iki mərhələdən ibarət olacaq müsabiqəyə M.Ə.Sabirin doğum günü-30 may tarixində yekun vurulacaq. Müsabiqənin birinci mərhələsi orta məktəblərdə, Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı Filialında, Şamaxı Humanitar Kollecdə keçiriləcək. Artıq təşkilat komitəsinin üzvləri qeyd olunan təhsil ocaqlarında olaraq adıçəkilən müəssisə rəhbərləri ilə müsabiqənin əsasnaməsini, o cümlədən layihənin icrası ilə bağlı məsələləri müzakirə ediblər. Qeyd edək ki, müsabiqənin təşkilində əsas məqsəd M.Ə.Sabir yaradıcılığının təbliği, M.Ə.Sabirin yaradıcılığının tədris prosesində tətbiqinə metodiki dəstək vermək, tədris prosesində fəal şagirdləri üzə çıxarmaqla həvəsləndirməkdir. Yekun mərhələsində qalibləri tanınmış mədəniyyət və incəsənt xadimlərinin, habelə Şamaxıda fəaliyyət göstərən elm adamlaının da qatıldığı münsiflər heyəti seçəcək. Xatırladaq ki, ənənəvi olaraq keçirilməsi planlaşdırlılan müsabiqənin qaliblərinə qiymətli hədiyyələr və Fəxri fərmanlar veriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA