Nüzabə Ələsgərli gecə polislərlə olay çıxartdı: ?Mən heç kimi hərləmirəm?

img

28-02-2011 [12:59]


Fevralın 27-də, gecə saat 22:30 radələrində ?Üç nöqtə? qəzetinin və ucnoqta.az saytının redaktoru Elməddin Muradlı və bir qrup jurnalist Bakıdakı ?Lido? restoranının qarşısında müğənni Nüşabə Ələsgərlinin yol polisi əməkdaşları tərəfindən saxlanılmasının şahidi olublar. Jurnalistlər hadisə yerinə yaxınlaşaraq müğənnidən nə baş verdiyini soruşduqda Nüşabə Ələsgərli mətbuat nümayəndələrini ağır söyüşlərlə təhqir edib. Jurnalistlər onun oturduğu ?Mercedes ML? markalı, 10 LZ 101 dövlət nömrə nişanlı avtomaşında müğənninin fotoşəkillərini çəkərkən avtomaşını idarə edən idmançı görkəmli bir nəfər jurnalist Elməddin Muradlıya hücum edərək ona əllə xəsarətlər yetirib və vəsiqə tələb edib. Sonra müğənni Nüşabə Ələsgərli də maşından düşərək jurnalistə hücum çəkib və onun vəsiqəsini əlindən almağa çalışıblar. Nəticədə vəsiqə cırılıb. Polis əməkdaşları aranı sakitləşdirəndən sonra Nüşabə Ələsgərli avtomaşına minərək yenidən jurnalistlərin ünvanına nalayiq sözlər işlətməyə başlayıb: ?Siz kimsiniz mənim şəklimi çəkirsiniz, küçük, get öz işinlə məşğul ol. Yol polisi məni nahaq yerə saxlayıb. Mən toya tələsirəm. Rədd olun burdan. Mən heç kimi hərləmirəm?. Mətbuat nümayəndələri müğənniyə qarşı olduqca mülayim davaranıblar və ona məhz jurnalistlərin hesabına tanınıb bu məhşur olduğunu xatırlatdıqda, Nüşabə Ələsgərli yenidən jurnalistləri təhqir etməyə başlayıb: ?Qələt eləyir jurnalistlər. Mən jurnalistlərin hesabına yox, öz halal zəhmətimlə tanınmışam?. Qeyd edək ki, müğənni yol polisinə heç bir sənəd təqdim etməyib və telefonla harasa zəng edərək yol polislərinin ünvanına da nalayiq sözlər işlədərək telefonla danışdığı adamdan kömək istəyib. Vəziyyətin gərginləşdiyini görən jurnalistlər isə oradan uzaqlaşıblar. Lakin müğənni və onun sürücüsü tərəfindən təzyiqə məruz qalan jurnalistlər öz hüquqlarını qorumaq üçün Mətbuat Şurasına və Daxili İşlər Nazirliyinə müraciət etməyə hazırlaşırlar. Jurnalist Elməddin Muradlı bildirib ki, N.Ələsgərlinin hərəkətləri KİV haqqında qanunun tələblərinə ziddir və onun cəzalandırılması üçün müvafiq instansiyalar qarşısında məsələ qaldırılacaq: ?Bu gün təkcə Nüşabə Ələsgərli yox, ondan da tanınmış şou ulduzları var ki, yol polisini, jurnalistləri təhqir edirlər, ələ salırlar. Mən dəfələrlə yol polisi əməkdaşlarından eşidirəm ki, müğənnilər əmrə tabe olmurlar, hətta maşını saxlayanda da düşüb yol polisini ələ salırlar. Güman edirəm ki, bu hadisə sonuncu olacaq və bu sahədə ciddi tədbirlər görüləcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA