ALP və ViP müxalifət qüvvələrinə müraciət ünvanladı

img

26-02-2011 [03:11]


Vətəndaş və İnkişaf Partiyası (VİP) ilə Azərbaycan Liberal Partiyasının (ALP)ölkənin müxalifət qüvvələrinə müraciət edib. MİA-ya daxil olan müracitdə bildirilir ki, ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi vəziyyət, YAP tərəfindən hakimiyyətin bütün qollarinin saxta seçkilərlə qəsb edilməsi, cəmiyyəti bürüyən problemləri həll etmək istəyində və gücündə olmaması Azərbaycanın gələcəyi haqqında narahatlıqları günbəgün artırmaqdadır. ?İqtidarın son parlament seçkilərini saxtalaşdırması, eyni zamanda xalqın sosial durumunu daha da ağırlaşdıran addımları bir daha təsdiq edir ki, iqtidar istər siyasi, istərsə də iqtisadi sahədə islahatlar aparmaq niyyətində deyil. Şimali Afrika və Yaxın Şərqdə cərəyan edən məlum inqilabi proseslərin təsiri altında ?antikorrupsiya tədbirlərinin? gücləndirilməsi və ?kadr islahatları? imitasiyası sərgiləyən hakimiyyət bununla öz vəzifəsini bitmiş hesab edir və xalqın hökumətə qarşı kəskin münasibətinin dəyişəcəyini düşünür. Lakin sadalanan problebləmlərin sürətlə dərinləşməsi, eyni zamanda ərazisinin 20 faizi işğal altında olan Azərbaycanın Silahlı Qüvvələrində baş verən ağır cinayətlərin təkrarlanması millətin qürur mənbəyi sayılacaq Milli Ordu daxilində mənəvi-psixoloji atmosferin arzuolunmaz həddə çatdığını göstərir. Artıq hər kəsə aydındır ki, ölkədə yaranmış vəziyyətin bu şəkildə davam etməsi mümkün deyil və Azərbaycanın müsbət istiqamətdə dəyişdirilməsi, real siyasi-iqtisadi inkişaf yoluna çıxarılması üçün qəti addımların atılması qaçılmaz zərurətdir. Ölkənin düşdüyü vəziyyətdən xilas edilməsinin məsuliyyəti ilk növbədə müxalifət qüvvələrinin üzərinə düşür. Amma çox təəssüf ki, müxalifət daxilində zaman-zaman baş verən neqativ tendensiyalar hakimiyyətə qarşı vahid mövqedə birləşdirilməsinə imkan verməyib?,-.deyə müraciətdə bildirilib. ALP və VİP hesab edir ki, ölkədə vəziyyətin dəyişdirilməsində ciddi rol oynaya biləcək müxalifət qüvvələrinin bir araya gəlmək imkanları nəinki tükənməyib, hətta indiki şəraitdə onların vahid siyasi düşərgədə birləşmələri Azərbaycanın gələcəyi baxımından həyati əhəmiyyət daşıyır. Ona görə də, bütün müxalifət qüvvələrinin qarşılıqlı anlaşılmazlıqları və problemləəri bir kənara qoyaraq, hakimiyyətə qarşı vahid cəbhədə birləşməsinə və bir tərəfdən YAP digər tərəfdən bütün müxalifət olmaqla ikiqütblü siyasi müstəvinin yaranmasına böyük ehtiyac yaranıb. Əks təqdirdə, Azərbaycanın üzləşdiyi ağır problemlərin həlli arzu olaraq qalacaq. Yuxarıda qeyd olunanları əsas götürən Azərbaycan Liberal Partiyası (ALP) ilə Vətəndaş və İnkişaf Partiyası (VİP) ölkənin düşdüyü bu ağır vəziyyətdə bütün müxalifət qüvvələrinə bir daha müraciət etməyi məqsədəuyğun sayır: ?Hesab edirik ki, Azərbaycanın bu vəziyyətdən çıxarılmasının ilkin şərti müxalifətin bir araya gələrək, hakimiyyətə qarşı vahid mövqe sərgiləməsidir. ALP və VİP olaraq, irəli sürdüyümüz birlik ideyasının müsbət nəticələnməsi üçün bizdən asılı olan hər şeyə hazırıq və digər müxalifət qüvvələrini də bü təşəbbüsə dəstək verməyə çağırırıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA