Seymur Baycanın son əsəri ekranlazdırılacaq

img

25-02-2011 [05:45]


?Dərviş? Prodüser Mərkəzi ?Qukark? romanının ekranlaşdırma hüququnu əldə edib. Mərkəzdən verilən xəbərə görə, romanın müəllifi Seymur Baycan və şirkət arasında romanın ekranlaşdırma hüququnun ?Dərviş? Prodüser Mərkəzinə verilməsi haqda müqavilə bağlanılıb. Müqavilə kommersiya xarakteri daşımır, belə ki müəllif şirkətə hüququ təmənnasız verib. Roman əsasında çəkiləcək filmin büdcəsi formalaşandan sonra müəllifə qonorar ödəniləcək.Yazar Seymur Baycan romanın ekranlaşdırma hüququnu 2 il müddətinə ?Dərviş? Prodüser Mərkəzinə təqdim edib. Şirkətin direktoru Əli İsa Cabarovun dediklərinə görə, belə bir addımın atılmasına bir-neçə səbəb var. Əli İsa Cabbarov deyib ki, birinci əsər çox kinematoqrafik dildə yazılıb: ?Seymur manyak dərəcəsində vuayyerdir və təsvir etdiyi epizodları bütün detallarınacan təsvir edir.Demək olar ki mətn hazır rejissor ssenarisidir. Romanda ?yaddaş? bir bədii ,psixoloji faktor kimi əsas priyomlardandır və bu kino üçün çox əlverişlidir.Tarkovskinin ?Güzgüsü?, Fellininin ?Amarkordu?nun əsas tryuku ?canlandırılmış yaddaş? və ya ?materiallaşdırılmış yaddaşdır?.Bu priyom və yaddaş kimi fenomen haqda düşündüyüm dövrdə belə bir romana rast gəldim ,romanı vərəqlədikcə rejissor təxəyyülüm çox aktivləşirdi.Belə şansı buraxmaq istəməzdim.Romanda struktur da çox kinematoqrafikdir, belə ki əsərin müxtəlif ?hissələri? çox uğurla montaj olunub.Kino dili ilə deyə bilərəm ki romanın çox uğurlu montaj həlli və stili var. İkinci təbii ki, müharibə haqqında sərt həqiqətdir.Əsgərliyim Qarabağda atəşkəs dövründə keçib və döyüşdən keşmiş əsgər yoldaşlarımın söhbətləri əsasında müəyyən müşahidələrim var.Romanda da mən gözümlə gürdüyüm həqiqətləri və qulağımla eşitdiyim söhbətləri gördüm.Çox səmimi yazılıb roman. Səmimiliin həddi oxucunun matını-mutunu qurudur deyərdim.Rusca buna ?obezorujivayuşi iskrennost? demək olar.? ?Dərviş? Prodüser Mərkəzindən verilən məlumata görə bizim kinoda bir qayda olaraq hazır senari ilə bağlı müqavilə bağlanılır amma romanın ekranlaşdırılma hüququnun alınması praktirkası ilk dəfədir.Ə.İ.Cabarov: Şirkətimiz kino bazarında bir necə yeniliyə imza atıb.Nasirdən onun kitabının hüququnun alınması kimi bizim bazara yeni olan vacib bir addımın atılmasına imza atmağımıza gürə qürur duyuram.Belə praktirkanın ədəbiyyat nəzərindən də əhəmiyyəti var.Biz ilk dəfə etdik və Seymur bəy bizim səmimiyyətimizə inanıb müqaviləni təmənnasız bağladı amma gələcəkdə bu sırf kommersiya xarakterli müqavilələrdə ola bilər və yazarlara əlavə gəlir mənbəyi ola bilər.? Film ?azbudcəli müstəqil layihə? formatında işlənəcək.Belə polemik mövzula filmi bir qayda olaraq dövlət struturları yox müstəqil fondlar və qərb maliyyə mənbələri təmin edir.Azərbaycanda müstəqil kinonun maliyyələşməsi mexanizmi yoxdur.Ona görə şirkət filmlə bağlı Avropa kino fondlarına müraciət edəcək. Əli İsa Cabarov: nə işlə məşqul oldun təbii ki peşəkar olmalısan.prodüser təcrübəmə çox arxayın ola bilmərəm çünki o qədər də zəngin deyil amma öz sevgimə və intuitsiyama inanıram.Romanı oxuyanda mənim intuitsiyam mənə işıqlı perespektiv göstərdi.Gizlətmirəm ki sırf maliyyə baxımından həmçinin.Bu sabaha qoyulmuş ?investisiyadır?. Son dəfə çəkdiyimiz ?Arxası qibləyə? filminin müəlifi ilə ekrnalaşdırma haqda razılaşanda maliyyə məsələsini necə həll edəcəyimiz haqda təsəvvürümüz yox idi.Sonra vəsait də tapdıq ,filmi cəkdik və festivallara da iştirsk etdi.Bu cəhətədn mənə addımlarımı kinoya olan sevgim diktə edir.Bir də bədii həqiqəti bəyan etmək kimi həddən ziyadə zövqverici bir ritualda aiştşrak etmək istəyi.Bu cəhətdən romana və atdığımız addımın əhəmiyyətində şübhəm yoxdu? Beynəlxalq kino bazarına çıxış vacib məslələrdən biridir. Biz necə kinolar cəkməliyik ki xarici,Avropanı maraqlandıra bilək? Hansı qəhrəmanlarımız bizi dünyaya geniş tanıda bilər?Rejissor Əli İsa Cabbarov romanının qəhrəmanının bu cəhətdən əlverişlidir.Ə.İ.Cabarov:Qəhrəman zəif adamdır.Roman zəif adamın müharibəyə böyük etirazıdır.Zəiflikdə gücü axtarmaq ,gücü görmək incəsənətin daimi mövzularındandır.Mənə də belə personajlar maraglıdır.Zəifliklərində gücü gizlənmiş qəhrəmanlar.Romanın qəhrəmanı məhz belələrindəndir.? Azərbaycan ədəbiyyatı həmişə milli kinomuzun dadına yetişib.?Dəli kür?, ?Tütək səsi?, və daha necə necə uğurlu nısrin ekranlaşdırılması nümunələrini göstərə bilərik.Bəlkə bu dəfə də Azərbaycan kinosunun dramaturji krizisdən məhz Azəbaycan ədəbiyyatı qurtaracaq.yeni həyat materialı ilə ,səmimiliyi və həqiqiliyi ilə.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA