Nardaranda etiraz aksiyası keçirilib

img

25-02-2011 [04:58]


Nardaran kəndində sosial problemlərin həlli tələbi ilə etiraz aksiyası keçirilib. Kəndin İmam Hüseyn meydanına təxminən 200 adam yığışıb. Aksiyada çıxış edən kənd sakini Hacıağa Nuriyev bura mitinq xatirinə yığışmadıqlarını, diqqəti işsizlik, sosial problemlərin həllinə yönəltmək istədiklərini bildirib. Başqa bir kənd sakini Natiq Kərimov isə deyib ki, ?problemlərimizin müzakirəsi və həlli üçün hakimiyyət bizə dialoq imkanı yaratmalıdır?. Kənd sakinləri bildiriblər ki, onların tələbləri yerinə yetirilməsə, etiraz aksiyalarını davam etdirəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA