ALP ilə ViP Sabirabad və Saatlı sakinlərinə dəstək verdi

img

25-02-2011 [04:08]


?2010-cu ilin yayında Kür və Araz çaylarının daşması nəticəsində 10 Minlərlə yerli sakin bütün əmlakını itirmiş, ev-eşiksiz qalmışdır. Lakin indiyədək Azərbaycan iqtidarı bu insanların sosial-məişət problemlərini həll etməmiş, onlar üçün yetərli maliyyə yardımı göstərməmiş, minimal mənzil şəraiti yaratmamışdır?. MİA-nın xəbərinə görə, bu fikirlər Azərbaycan Liberal Partiyası ilə Vətəndaş və İnkişaf Partiyasının birgə bəyənatında yer alıb. Bəyanatda bildirilir ki, bu iqtidarın 18 illik hakimiyyəti dövründə yeritdiyi uğursuz iqtisadi siyasət, dövlət siyasətinə çevrilmiş korrupsiya, rüşvətxorluq, milyardlarla manat xalq əmlakının hakim klan tərəfindən mənimsənilməsi nəticəsində onsuz da ağır maddi vəziyyətdə yaşayan bir qrup evsiz Saatlı və Sabirabad sakini fevralın 24-də Saatlı rayonunun Novruzlu kəndində etiraz aksiyası keçirmiş, onlara elementar yaşayış şəraitinin yaradılmasını tələb ediblər. Lakin hakimiyyət orqanları aksiyaçıların haqlı tələbini yerinə yetirmək əvəzinə onlara qarşı kobud polis zorakılığı tətbiq etmiş, 10 nəfər etirazçı isə həbs edilib. ALP və VIP Sabirabad və Saatlı rayonlarının dinc aksiya keçirən Sakinlərinin tələblərini haqlı sayır, onlara qarşı polis zorakılığını siyasi repressiya kimi dəyərləndirir və iqtidarın bu əməllərini qətiyyətlə pisləyir. ALP və VIP iqtidardan daşqınlardan əziyyət çəkmiş Saatlı və Saatlı Sakinlərinin mənzil şəraitinin yaxşılaşdırılması üçün təcili kəsərli maddi tədbirlərin görülməsi, insanlara qarşı repressiyalara son qoyulmasını və həbs olunmuş aksiyaçıların dərhal azad olunmasını tələb edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA