Gənc müğənni Sevinc Musayeva "xozbəxt illər"ini yazayır

img

24-02-2011 [07:29]


"Yeni ulduz" müsabiqəsindən sonra peşəkar səhnəyə atılan gənc müğənni Sevinc Musayeva sözləri Cəlal Qurbanova, musiqisi Minayə xanıma məxsus "Xoşbəxt illər" adlı mahnıya çəkdirdiyi klipinə təqdimat keçirdi. Xatırladaq ki, bu mahnı 2 il öncə xalq artisti Aygün Kazımova tərəfindən ifa edilsə də, bəstəkarın təklifi ilə Sevinc Musayeva da ifa edib. Lakin gənc ifaçı onu fərqli tərzdə, daha ritmik üslubda yenidən aranjeman etdirərək repertuarına salıb. Nail Naiboğlu tərəfindən ekranlaşdırılan klipin süjet xətti olmasa da, yüksək rəqəmsal kameraya çəkilib və olduqca rəngarəngdir. 3 fərqli obrazda görünən müğənninin geyimləri istedadlı modelyer Fikrət Əliyev tərəfindən hazırlanıb. Təqdimatda kliplə yanaşı Sevincin yeni açılmış veb-saytı (sevincmusayeva.info) da təqdim olundu. Səbəbkarı təbrik etməyə xalq artisti Flora Kərimova, müğənnilər Rövşən Civişov, Elariz, Emin Bədəlov, Əbdül Xalid, Elvin Abdullayev və başqaları gəlmişdilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA