Sabirabad və Saatlıda polislə qarzıdurma

img

24-02-2011 [02:52]


Fevralın 24-də Sabirabad və Saatlı rayonlarının daşqınlardan zərər çəkən bəzi kəndlərinin sakinləri Saatlının Novruzlu kəndində aksiya keçirməyə cəhd ediblər. Aksiyaçılar bildirirlər ki, 9 ay keçməsinə baxmayaraq, daşqınlardan dəyən ziyana görə onlara hələ də yardımlar edilməyib. Novruzlu kəndinin sakinləri həm də Sabirabad rayonu ərazisində, əvvəl yaşadıqları yerdən 3 km kənarda salınmış yeni qəsəbəyə köçürülmələrinə də etiraz edirlər. Narazılar deyirlər ki, həmin ərazi məskunlaşmaq üçün əlverişsizdir. Polis aksiyanın qarşısını alan zaman etirazçılarla onlar arasında qarşıdurma olub. Saatlı rayon Polis Şöbəsinin rəhbəri Ağəli Xəlilov AzadlıqRadiosuna bildirib ki, aksiya razılaşdırılmadığı üçün sakinlərin toplaşmasına icazə verilməyib: ?Camaatın yığışmaq istədiyi Araz çayının üzərindəki körpü dövlət əhəmiyyətlidir və bura toplaşmaq olmaz?. Aksiyada 10 nəfərə yaxın adam polis şöbəsinə aparılıb. Bu barədə ?Kür? Vətəndaş Cəmiyyəti Qərargahının əlaqələndiricisi Oqtay Gülalıyev məlumat verib. ?Mən indi rayon polis şöbəsindəyəm, aksiyada saxlanılanların burda olduğu bildirilir. Şöbənin qarşısında saxlanılan adamların yaxınları yığılıblar. 10 nəfərə yaxın aksiya iştirakçısının polisə gətirildiyi barədə məlumat var. Amma polis təkzib edir?. Polis AzadlıqRadiosuna 4 nəfərin saxlandığını bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA