?Qarabağ? siyasi partiyalar blokunun təsis olunması barədə saziz imzalandı

img

24-02-2011 [01:34]


?Qarabağ? siyasi partiyalar blokunun təsis olunması ilə bağlı mərasim keçirilib. Ümid Partiyasından MİA-ya verilən məlumata görə, mərasimdə blokun həmtəsisçiləri Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu və Ümid Partiyasının sədri İqbal Ağazadə yeni yaradılan birliyin məqsəd və məramı barədə çıxış ediblər. Sonra blokun təsis edilməsi ilə bağlı partiya sədrləri tərəfindən saziş imzalanıb. 10 müddəadan ibarət olan sazişdə blokun fəaliyyət istiqamətləri, təsisçilərin üzərinə düşən vəzifə və siyasi aksiyalarda birgə iştiraka dair məsələlər yer alıb. Qeyd edək ki, ?Qarabağ? bloku 2010-cu ildə keçirilən parlament seçkiləri ərəfəsində ADP, Ümid və Aydınlar partiyası tərəfindən seçki bloku kimi təsis olunub. Seçkidən sonra isə ADP və Ümid Partiyası ?Qarabağ? blokunu siyasi partiyalar birliyi kimi saxlamaq qərarına gəlib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA