Aydınlar Partiyası 7 əsgərin həlak olmasında suçlu olanların cəzalandırılmasını tələb edir

img

22-02-2011 [01:27]


Aydınlar Partiyası Silahlı Qüvvələrin "N" saylı hərbi hissəsində baş vermiş ağır cinayət hadisəsi ilə bağlı bəyanat verib. MİA-ya daxil olan bəyanatda qeyd olunur ki, hadisə nəticəsində Milli Ordunun 7 əsgərinin həlak olmasından təəssüfləndiyini bildirən Aydınlar Partiyası ölənlərin ailələrinə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib. Aydınlar Partiyası hesab edir ki, orduda baş verən oxşar xarakterli cinayət hadisələrinə görə Müdafiə Hazirliyinin yüksək rütbəli şəxslərini ən azı iltizam məsuliyyətinə cəlb etmədən bu kimi halların qarşısının alınması, Silahlı Qüvvələrin ayrı-ayrı strukturlarında yüksək nizam-intizamın yaradılması mümkün olmayacaq. Partiya hesab edir ki, hadisədə təqsiri olan hər kəsə qarşı sərt ölçü götürülməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA