Müsavatın 100 illik yubileyi keçirilib

img

19-02-2011 [06:12]


Bu gün Müsavat Partiyasının 100 illiyi ilə bağlı Bakının Nizami rayonunda yerləşən ?Təbriz? kinoteatrında yubiley mərasimi keçirilib. Saat 15:00-da başlayan tədbirdə Azərbaycanın və Müsavatın himni oxunub. Tədbirdə Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, İctimai Palatanın üzvləri, ziyalılar, jurnalistlər və digər ictimaiyyət nümayəndələri də iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Müsavat başqanı İsa Qəmbər 2011-ci ilin ?Müsavat ili? elan olunduğunu xatırladıb və partiyanın tarixindən danışıb: ?Bu gün adi günlərindən biri olsa da, biz bu tarixdə partiyanın yaradılmasının yüz illiyini qeyd etməklə cəmiyyətə bir mesaj göndəririk. İlin bütün günləri partiyanın yaranma günü kimi qeyd oluna bilər. Müsavat Azərbaycana bayraq, himn, gerb kimi müqəddəs atributları verməklə yanaşı, demokratik bir ideyanın yaranmasında da böyük rol oynayıb. Bizim partiya hər zaman digər partiyalarla, təşkilatlara müttəfiq olub, heç vaxt tək fəaliyyət göstərməyib?. Mərasimdə partiyanın yaradılmasına həsr olunan videosüjet nümayiş olunub. Müsavat irsini araşdıran alim Nəsiman Yaqublu, tarixçi Cəmil Həsənli partiyanın tarixindən danışıblar. AXCP sədri Əli Kərimli və AXP lideri Pənah Hüseyn çıxış edərək partiyanın yaranması münasibəti ilə tədbir iştirakçılarını təbrik ediblər. Mərasimdə Müsavat Partiyasının yubileyinin dövlət səviyyəsində qeyd olunmasının vacibliyi də vurğulanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA