ViP-ə qarzı ?telefon əməliyyatı? həyata keçirilib

img

18-02-2011 [03:41]


?Azərbaycan hakimiyyəti alternativ siyasi qüvvələrin fəaliyyətini məhdudlaşdırmaq siyasətini davam etdirməkdədir. Ölkənin əksər müxalifət partiyalarının qərargahla təmin olunmaq müraciətlərinə əhəmiyyət verməyən hakimiyyət bu siyasətinin davamı kimi yeni vasitələrə əl atır?. MİA-nın xəbərinə görə, bu fikirləp Vətəndaş və İnkişaf Partiyasının bəyanatında yer alıb. Bəyanatda qeyd olunur ki, VİP 2010-cu ilin avqust ayından etibarən Bakı şəhəri, Fuad İbrahimbəyov, 14 ünvanındakı özəl mülkdən müvəqqəti qərargah olaraq istifadə edir. 06 avqust 2010-cu il tarixində Yasamal Rayon Telefon Qovşağı (YRTQ) ilə qeyd olunan ünvana aid müvafiq telefon nömrəsinin istismarına dair müqavilə imzalanıb. Həmin tarixdən başlayaraq telefon xidməti üçün müqavilə şərtlərinə əsasən ödənişlər aparılıb. Lakin 13 fevral 2010-cu il tarixində VİP-in istifadəsində olan telefon nömrəsi qapadılıb və bunun səbəbləri araşdırılarkən partiyaya təəccüb doğuran izahat verilib. YRTQ bundan sonra həmin telefon nömrəsinin istismarı üçün VİP-in yuxarıda bəhs edilən müqavilənin şərtlərində göstəriləndən təqribən 10 dəfə çox məbləğ ödəməli olduğu tələbini irəli sürüb. Bunula belə, vurğulanan tələbdə bulunan YRTQ tarif dəyişikliyi ilə bağlı anlaşma üçün abunəçi qismində olan VİP-ə nəinki yeni müqavilə təklif etməyib, heç bu barədə ona rəsmi xəbərdarlıq da göndərməyib. VİP-ə qarçı belə bir kommunikasiya təxribatının arxasında YRTQ-nin rəisi Fətulla Seyidovun dayanması şübhə doğurmur. Qeyd edək ki, 07 noyabr 2010-cu il tarixində keçirilmiş parlament seçkilərinin səsvermə günündə F.Seyidov 15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa keçmiş namizəd, VİP sədri Əli Əliyev tərəfindən təyin olunmuş 20 saylı seçki məntəqəsi üzrə məşvərətçi səs hüquqlu komissiya üzvü, saxtakarlıqlara etiraz edən Əfqan Məmmədova hücum çəkərək ona ağır bədən xəsarətləri yetirib. Hal-Hazırda bu faktla əlaqədar prokurorluq səviyyəsində təhqiqat davam etdirilir. VİP hesab edir ki, F.Seyidov bu hərəkətinə görə ala bləcəyi mümkün cəza ehtimalının təsiri altında partiyadan primitiv formada ?qisas? almağa çalışır. VİP ona münasibətdə yol verilən belə təxribatların baş tutmayacağını bildirir, hakimiyyəti partiyaların fəaliyyətini məhdudlaşdıran addımlardan çəkinməyə çağırır və vəzifəsindən sui-istifadə edən məmurlar barəsində təcili öıçü götürülməsini tələb edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA