Əli Kərimli korrupsiyanın səviyyəsindən danızıb

img

17-02-2011 [01:29]


Bu gün AXCP sədri Əli Kərimli Almaniyanın ölkəmizdəki Səfiri Herbert Kvell və Alman XİN-nin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi müvəkkili Patrisiya Flor görüşüb. Partiyanın mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, görüşdə parlament seçkidən sonra ölkədəki vəziyyət, o cümlədən Azərbaycanda insan haqları, demokratikləşmə, seçkilərin keçirilməsində mütəmadi müşahidə olunan problemlər, Azərbaycanın Almaniya və Avropa münasibətləri müzakirə olunub. Azərbaycanın demokratikləşməsində Avropa Şurası və Avropa Birliyi və başqa Avropa strukturlarının rolu ətrafında xüsusi müzakirə aparılıb. AXCP sədri qonaqlara Azərbaycanın ciddi problemlərindən danışıb. Hökumət xalqın böyük əksəriyyəti arasında olan qarşıdurma, ifrat təbəqələşmə və korrupsiyanın səviyyəsi haqqında məlumat verib. Əli Kərimli Azərbaycanda dəyişiklər zərurətini vurğulayaraq ? dəyişiklərin islahatlarla yolu ilə baş verməsi üçün Azərbaycan hakimiyyəti ilə Avropa strukturlarının daha intensiv dialoq aparmasını gözləyirik? - deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA